Rusiyada bir barrel neftin maya dəyəri 25 dollar təşkil edir

10:43 - 22.02.2019


22 fevral, Fineko/abc.az. Rusiyada neftin maya dəyəri, nəqletmə nəzərə alınmaqla hazırda 25 dollardır.

Bu barədə Rusiya Energetika nazirinin müavini Pavel Sorokin bildirib.

“Rusiyanın bir üstünlüyü var, bu da aşağı maya dəyəridir.  Rusiyada əməliyyat xərcləri orta hesabla 3-10 dollar /barel, daha 5-10 dollar kapital xərcləri, nəqliyyat isə 5 dollardır. Cəmi bir barelə təxminən 25 dollar bizim maya dəyərimizdir. Rublun devalvasiyası ilə maya dəyəri də azalır” - Sorokin belə deyib.

Onun sözlərinə görə, bunun sayəsində, Rusiya dünya bazarında effektiv rəqabət apara bilir və dünya bazarında payının itirilməsindən qorxmur.

Cümə axşamı günü, Brent markalı xam neftin 2019-cu ilin aprelində tədarükü ilə, Londondakı ICE birjasında noyabrın 19-dan etibarən  ilk dəfə qiyməti bir barelə 67 dollardan yuxarı təşkil etmişdir.

Onun sözlərinə görə, neftə olan yüksək tələbat, o cümlədən, neft-kimya seqmentində istehsalın artması hesabına təmin olunacaq.

Sorokin əlavə edib: “Hazırda neft emalı həcminin çox az hissəsi - təxminən 13-14% təşkil edir, lakin bu faiz göstəricisi artmaqdadır və növbəti 15-20 il ərzində  təxminən 18-20%-ə çatacaq”.

 

Bütün xəbərlər