Azərbaycanlıların sayı oktyabr ayında müəyyən ediləcək, nəticələr isə 2 ildən sonra açıqlanacaq

11:46 - 22.02.2019


22 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət Statistika Komitəsi növbəti siyahıyaalmaya hazırlaşır.

Komitə sədri Tahir Budaqovun verdiyi məlumata görə, əhalinin siyahıya alınması

1-10 oktyabr tarixində keçiriləcək.

“Əhalinin siyahıya alınması 1-10 oktyabr 2018-ci il tarixlərində Qəbələdə sınaqdan keçirilmiş yeni, xüsusi hazırlanmış metodologiya əsasında aparılacaq”, - deyə T. Budaqov bildirib.

Onun sözlərinə görə, komitə siyahıyaalmaya hazırdır və hər bir rayonda seminarlar keçiriləcək xüsusi nümayəndəliklər təyin olunub. Təlimdə 34 mindən çox adam iştirak edəcək, 10 milyondan çox sorğu vərəqəsi tərtib ediləcəkdir.

“2022-ci ilin birinci yarısında siyahıyaalmanın nəticələri açıqlanacaq”, - deyə T. Budaqov əlavə edib.

 

Bütün xəbərlər