AMB depozit hərracında 350 milyon AZN cəlb etməyi planlaşdırır

12:10 - 22.02.2019


22 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-in məlumatına görə, depozit hərracı  fevralın 25-də keçiriləcək. Hərrac vasitəsilə 14 gün müddətinə  350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi  7,26%-9,24% səviyəsində müəyyən edilib.

AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirir.

 

Bütün xəbərlər