Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etik müvəkkil fəaliyət göstərəcək

12:43 - 22.02.2019


22 fevral, Fineko/abc.az. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni bir vəzifə yaranıb.

Nazirin əmrinə əsasən, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova etik müvəkkil təyin olunub.

“O, nazirlik sistemində etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli işlərini yerinə yetirəcək”, - deyə məlumatda bildirilir.

Əmrə əsasən, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov nazirlikdə informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.

 

Bütün xəbərlər