10 milyonuncu azərbaycanlı mart ayında dünyaya gələcək

12:59 - 22.02.2019


22 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət Statistika Komitəsi bu gün maraqlı bir bəyanat təqdim edib.

Dövlət Komitəsinin sədri Tahir Budaqovun sözlərinə görə, ilkin hesablamalara görə, 10 milyonuncu Azərbaycan vətəndaşı mart ayının sonu - aprel ayının əvvəlində anadan olacaq.

“Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu prosesi müşahidə edirik”, - deyə T.Budaqov bildirib.

Onun sözlərinə görə, son illər əhalinin təbii artımında azalma müşahidə olunur. 2009-cu ildə aparılan siyahıyaalma nəticələrinə görə, ailə üzvlərinin orta tərkibi 4,7 nəfər təşkil edib, oktyabrın 1-10-da keçiriləcək siyahıyaalmadan sonra bu göstərici dəqiqləşdiriləcək”, - deyə T.Budaqov bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu il 1 yanvar tarixi vəziyyətinə görə, Azərbaycan əhalisi 9 981 457 nəfərə çatmışdır.

 

Bütün xəbərlər