Rusiyada 2021-ci ilin sonunadək pilotsuz avtomobillər ictimai yollara buraxılacaq

15:32 - 22.02.2019


22 fevral, Fineko/abc.az. İctimai yollarda avtomobillərin hərəkəti zamanı pilotsuz texnologiyaların tətbiqi 2021-ci ilin sentyabr ayının sonunda qanunvericilik qaydasında təsbit edilməlidir.

Bu barədə, RF hökumətinin saytında nəşr olunan "Təhlükəsiz və yüksək keyfiyyətli yollar" milli layihəsinin pasportunda deyilir.

Sənədə əsasən, ictimai avtomobil yollarda pilotsuz nəqliyyat vasitələrinin iştirakı ilə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi konsepsiyası artıq 2019-cu ilin sentyabr ayında təsdiqlənməlidir.

2020-ci ilin sonunda belə bir hərəkəti təmin edəcək texnologiyalar hazırlanmalıdır. 2021-ci ilin sonuna kimi isə belə bir hərəkətə icazə verən qanunlar qəbul edilməli, eləcə də ilk 27 sahədə pilotsuz vasitələrin istifadəsinə imkan verəcək nəqliyyat sistemləri tətbiq olunmalıdır.

2024-cü ilin sonunda Rusiyada pilotsuz nəqliyyat vasitələrinin hərəkəti artıq 55 sahədə təmin edilməlidir.

 

Bütün xəbərlər