Azərbaycanda ruhi xəstələrə, narkomanlara və cinsi meyl pozuntuları olan şəxslərə tədris etmək qadağan olundu

15:34 - 22.02.2019


22 fevral, Fineko/abc.az. Nazirlər Kabinetinin 57 saylı Qərarı ilə, mövcud olduğu halda pedaqoji fəaliyyətin həyata keçirilməsi qadağan olan xəstəliklərin siyahısı təsdiq olunub.

Siyahıda 34 xəstəlik və ruhi pozuntular əks olunub.

Siyahıda, spirtli içki, kokain, opioidlərin qəbulundan irəli gələn psixi pozuntular, eləcə də şizofreniya, tənəffüs orqanlarının bakterioloji və histoloji üsulla təsdiq edilmiş vərəmi, cinsi meyl pozuntuları, kəkələmə (xüsusi tədris müəssisələri istisna olmaqla),qumar oyunlarına  patoloji meyillik, piromaniya, kleptomaniya, Alsgeymer xəstəliyi zamanı demensiya, vaskulyar demensiya və digər ruhi pozuntular və xəstəliklər göstərilib.

https://cabmin.gov.az/az/document/3454/

 

Bütün xəbərlər