“AzəriKard” əməliyyatlarının sayı 10% artıb

11:54 - 25.02.2019


25 fevral, Fineko/abc.az. Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” 2018-ci il üzrə fəaliyyət nəticələrini açıqlayıb.

“AzəriKard”ın məlumatında deyilir ki, 2018-ci ilin nəticələrinə əsasən prosessinq mərkəzində xidmət göstərilmiş kartların sayı 2017-ci illə müqayisədə 3% artıb.

“Əməliyyatların sayı mərkəzdə ötən illə müqayisədə 10% artıb. POS terminallarının sayı 35 mindən, ATM-lərinin  sayı isə 1600-dən artıqdır”, - deyə məlumatda  bildirilir.

“AzəriKard” Azərbaycanda  MasterCard, Visa, American Express, Diners Club, UnionPay, JCB və MİR Beynəlxalq Ödəniş Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk və yeganə prossesinq mərkəzidir.

Şirkət 21 banka prossesinq xidməti göstərir və onların hər biri Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.

 

Bütün xəbərlər