Rusiyalılar Azərbaycanın turizm imkanlarını yaxşı bilmirlər

12:34 - 25.02.2019


25 fevral, Fineko/abc.az. Rusiyalılar  Azərbaycanın turizm imkanları ilə yaxşı tanış deyil, ölkə Rusiya bazarında böyük potensiala malikdir.

Bu barədə jurnalistlərə Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid bildirib.

“Biz hesab edirik ki, Rusiyalı turistlər Azərbaycanın imkanları ilə yaxşı tanış deyillər. Rusiya bazarında o, böyük potensiala sahibdir”, - deyə o bildirdi.

F. Zenqstşmid qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələri yaxşı inkişaf edib, xüsusən də Moskva və digər Rusiya şəhərlərindən birbaşa aviareyslər var və uçuş yalnız üç saat çəkir, buna görə də həftə sonuna gəlmək olar.

“Bundan əlavə, ünsiyyətdə maneə yoxdur. Azərbaycanda hamı rusca gözəl danışır və səmimi qarşılıq göstərir. Viza tələb olunmur, qiymətlər isə çox rəqabətədavamlıdır”, - deyə o vurğuladı.

F. Zengqşmid xatırladıb ki, 2019-cu ildə Azərbaycanda iki böyük hadisə - Formula 1 Qran-prisi və UEFA Avropa Liqasının finalı keçiriləcək. Onun sözlərinə görə, ölkə həmişə yerli mətbəx, rəqslər və sənətkarlıqları daxil olan çoxsaylı UNESCO obyekti ilə turistləri cəlb edir.

Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycana təxminən 900 min Rusiyalı turist gəlib ki, bu da əvvəlki ilə nisbətən 5% çoxdur.

“National Geographic” jurnalının versiyasına görə, ötən il Azərbaycan Rusiyalı səyyahlar arasında üç ən populyar istiqamətdən birinə çevrildi”, - turizm bürosunun baş direktoru bildirib.

Daha əvvəl bildirildi ki, 2018-ci ildə Azərbaycana 2,8 milyon xarici turist gəlib. Bu, 2017-ci ilin göstəricisindən 6% çoxdur. Turistlərin xərcləri 2 milyard dolları ötmüşdü.

 

Bütün xəbərlər