Danimarkanın “Inpay” şirkəti Azərbaycanda onlayn satışları sərfəli hesab etmir

12:49 - 25.02.2019


25 fevral, Fineko/abc.az. Onlayn mağazalar üçün əlavə ödəmə variantını təqdim edən Danimarka şirkəti -Inpay Azərbaycan nümayəndəliyinin ləğv edilməsini elan etdi.

Vergilər Nazirliyindən bildirilir ki, “Inpay International Azerbaijan” şirkəti ləğv edilməsini elan edib.

“Kreditorlar iki ay ərzində Bakı, Nəsimi rayonu, Kərpic, ev 14, mənzil 1/2 ünvanına öz tələbləri ilə müraciət edə bilərlər”, - məlumatda belə deyilir.

“Inpay”, internet mağazalar üçün əlavə ödəmə opsiyasıdır və alıcılara malın ödənişini qısa zamanda, bankın onlayn kanalı vasitəsilə həyata keçirməyə imkan verir. Inpay Danimarkada qeydə alınmış, özəl Danimarka investisiya qrupu Net Group şirkətinin bir bölməsidir.

 

Bütün xəbərlər