Depozit hərracında təklif 1,1 milyard manatdan çox təşkil etdi

13:03 - 25.02.2019


25 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 25 fevral tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  1136,4 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB depozit hərraclarının keçirilməsini 2016-cı ilin oyun ayından başlayıb.

 

Bütün xəbərlər