Turistlər Azərbaycana əsasən avtomobil və qatarla gəlirlər

15:35 - 25.02.2019


25 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət Statistika Komitəsi ölkəyə gələn əcnəbilərin sayı və onların istifadə etdikləri nəqliyyat növləri barədə rəqəmləri açıqlayıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən yanvar ayında ölkəyə 191,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs daxil olub ki, bu da 2018-ci ilin yanvar ayına nisbətən 2,9% çoxdur.

“Ölkəyə dəmir yolu nəqliyyatı və avtomobil ilə turistlərin 63,8%-i, hava nəqliyyatı ilə 35,4%-i,  su nəqliyyat növləri ilə isə 0,8%-i gəlib”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər