Azərbaycanlı turistlər əsasən İrana gedirlər

16:30 - 25.02.2019


25 fevral, Fineko/abc.az. Azərbaycanlı turistlərin tərcihləri açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar ayında ölkədən çıxan vətəndaşların sayı 19,3% artaraq 357,1 min nəfər təşkil edib.

“Vətəndaşların 35%-i İrana, 8%-i Gürcüstana, 20,9%-i Rusiyaya, 10,2%-i Türkiyəyə, 1,2%-i   Ukraynaya, 1,1%-i BƏƏ-nə, 3,6%-i digər ölkələrə çıxmışdır”, - Dövlət Statistika Komitəsində bu məlumat verilib.

Komitədən xəbər verildi ki, hesabat dövründə İrana səfər edənlərin sayı 75,2%, Rusiyaya gedənlərin sayı 6,5%, Gürcüstana - 2,5% artmış, Türkiyəyə səyahət edənlərin sayı isə 2,6% azalmışdır.

Qeyd edək ki, azərbaycanlılar İrana əsasən İran poliklinikalarında müalicə məqsədilə gedirlər.

 

 

Bütün xəbərlər