Azərbaycanda çoxmənzilli binanın təxminən 60 min sakini “kupça” alacaq

25.02.2019,16:46


25 fevral, Fineko/abc.az. Azərbaycan vətəndaşlarını narahat edən məsələlərdən biri, hələ dövlət qeydiyyatından keçməmiş yeni binaların sakinlərinin mənzil mülkiyyətinin qeydiyyata alınmasıdır.

Azərbaycan prezidenti İlham Əliyev deyib ki, imzalanmış fərmanda, 400 yeni binanın sakinlərinə mənzil hüquqlarının verilməsi nəzərdə tutulur.

“Bu mənzillərdə cəmi 300-400 min insan yaşayır. Bu ciddi məsələdir və biz onu həll etdik”, - deyə İ.Əliyev bildirib.

Fevralın 19-da Azərbaycan Prezidenti İlham Əliyev bir sıra çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb.