“Equinor” Azərbaycanda bərpa olunan enerji potensialını qiymətləndirəcək

16:57 - 25.02.2019


25 fevral, Fineko/abc.az. Azərbaycan Respublikası Energetika Nazirliyi və Norveçin "Equinor Absheron AS" şirkəti arasında Anlaşma Memorandumu imzalanmışdır.

Nazirliyin məlumatına görə, memorandumu energetika nazirinin müavini Samir Vəliyev və "Equinor Absheron AS" şirkətinin Azərbaycan üzrə meneceri Favad Qurayişi imzaladılar.

“Memorandumda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ikitərəfli əməkdaşlığın ümumi prinsipləri, bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi, bu sahəyə gəlirli investisiya qoyuluşu üçün şəraitin yaradılması ilə bağlı əməkdaşlıq nəzərdə tutulur.

Bu sənəd Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı, maliyyələşdirilməsi, tikintisi, istismarı və saxlanması istiqamətində fəaliyyəti təmin etməyə kömək edəcək”, - məlumatda belə deyilir deyilir.

 

Bütün xəbərlər