Neftin qiymətləri enir

10:17 - 26.02.2019


26 fevral, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 2,25 dollar (3,29%)  /  barelə düşüb.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,24 dollar təşkil edir.

Fevralın 25-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel fyuçersi 1,78 dollar (03,11 %) düşərək bir barelə 55,48 dollar təşkil etmişdir.  Onun qiyməti 9:00-da daha 0,27 dollar (0,49%) azalaraq 55,21 dollar /barelə təşkil edib.

Fevralın 25-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin sessiyası nəticəsində “Brent”in aprel fyuçersi 2,36 dollar (03,52%) düşərək bir barelə 64,76 dollar təşkil etmişdir.  9:00-da onun qiyməti 0,14 dollar (0,22%) enərək  bir barelə 64,62 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər