Amerika iqtisadçıları ABŞ-da yaxın iki ildə resessiya proqnozlaşdırırlar

11:11 - 26.02.2019


26 fevral, Fineko/abc.az. Bir çox Amerika iqtisadçıları düşünürlər ki, ABŞ ən gec 2021-ci ildə resessiya ilə qarşılaşacaq.

Bu barədə bazar ertəsi günü, Biznes İqtisadiyyatı Milli Assosiasiyasının (National Association for Business Economics, NABE)  30 yanvar – 8 fevral tarixlərində 300 ekspertin iştirakı ilə keçirdiyi sorğunun nəticələrinə istinad edərək, “Bloomberg” agentliyi xəbər verib.

“[İqtisadçıların] 10 faizi resessiyanın bu il, 42 faizi – gələn, 25 faizi isə 2021-ci ildə başlanacağını bildirirlər”, - agentlik bunu qeyd edərək əlavə edir ki, tədqiqatın digər iştirakçıları ya 2021-ci ildən sonra ABŞ-da iqtisadi eniş gözləyir, yaxud da proqnoz verməyiblər.

Respondentlərin əksəriyyətində, prezident Donald Trampın ticarət siyasəti narahatlılıq yaradır.

Onların 36 faizi hesab edir ki, mövcud tariflər  hazırkı səviyyədə qalarsa, o zaman 2019-cu ildə ÜDM-in 25 bazis bənd azalmasına gətirib çıxaracaq. 26 faizi 50 bənd, 15 faizi isə 50 bənddən çox azalmaya gətirib çıxacağına inanırlar. Ölkə ÜMİ-i hazırda təxminən 19,5 trilyon dollar səviyyəsində qiymətləndirilir.

Bundan başqa, iqtisadçılar proqnoz edirlər ki, Tramp administrasiyasının tarif siyasəti ölkədə artıq bu il inflyasiya sıçrayışına səbəb olacaq.

 

Bütün xəbərlər