İlham Əliyev Xocalı soyqırımının ildönümü münasibətilə ümummilli yürüşdə iştirak etdi

26.02.2019,12:11


26 fevral, Fineko/abc.az. Bakıda, Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ümummilli yürüş keçirilib.

Tədbir, faciəyə həsr olunmuş abidənin önündə başa çatıb.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi. Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin spikeri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə gül dəstələri qoydular.