Azərbaycan 2018-ci ildə 71,5 min dollarlıq bal ixrac edib

15:25 - 26.02.2019


26 fevral, Fineko/abc.az. 2018-ci ildə Azərbaycanda fəaliyyətdə olan 30 474 təsərrüfatda (501,1 min arı ailəsi) 4 993,9 ton bal istehsal edilmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə balın orta qiyməti 20,6 manat təşkil etmişdir.

“2018-ci ildə Azərbaycan 71,5 min dollar dəyərində 8,3 ton bal ixrac edib ki, bu da 2017-ci ildə müşahidə olunan göstəricidən 1,8 ton çoxdur”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər