Maliyyə Nazirliyi 15 milyon manat həcmində DOİ yerləşdirdi

18:06 - 26.02.2019


26 fevral, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib.

BFB-in məlumatına əsasən, 26 fevral tarixində AZ0106003756 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98.1897 AZN (9.7100%) və 101.5624 AZN (8.4000%) olan 7 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (9.0000%), orta ölçülmüş qiyməti 100.0776 AZN (8.9699%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,018,800.00 AZN yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 22.02.2022-ci il.

 

Bütün xəbərlər