Azərbaycan neftinin qiyməti qalxıb

09:56 - 27.02.2019


27 fevral, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 0,45 dollar (0,68%)  /  barelə artıb.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,69 dollar təşkil edir.

Çərşənbə axşamı Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel fyuçersi 0,02 dollar (0,05 %) artaraq bir barelə 55,50 dollar təşkil etmişdir.  Onun qiyməti 9:00-da 0,49 dollar (0,88%) artaraq 55,99 dollar /barelə təşkil edib.

Fevralın 26-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin sessiyası nəticəsində “Brent”in aprel fyuçersi 0,45 dollar (0,7%) artaraq bir barelə 65,21 dollar təşkil etmişdir.  9:00-da onun qiyməti 0,43 dollar (0,66%) artaraq  bir barelə 65,64 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər