Rusiyada ipoteka tətilləri tətbiq olunacaq

12:59 - 27.02.2019


27 fevral, Fineko/abc.az. Rusiya prezidenti Vladimir Putin RF hökuməti və Rusiya Mərkəzi Bankına ipoteka krediti dərəcəsinin illik 8% və daha aşağı səviyyəyə salmaq üçün tədbirlər görməyi tapşırıb.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı, Federal Məclisə müraciətin həyata keçirilməsi çərçivəsində belə bir tapşırıq verib.

“Rusiya Federasiyası Hökuməti, Rusiya Mərkəzi Bankı ilə birgə, ipoteka kreditləri üzrə faiz dərəcəsini illik 8% və ya daha aşağı səviyyəyə endirmək üçün əlavə tədbirlər görsün”, - tapşırıqlar siyahısında belə deyilir.

Bu mövzuda ilk hesabat 2020-ci il 15 yanvar tarixinə qədər, sonra isə hər altı ayda bir təqdim edilməlidir.

Dövlət başçısı fərdi mənzillərin tikintisini dəstəkləmək üçün kredit də daxil olmaqla, maliyyə alətlərinin yaradılmasını təmin etməyi tapşırdı. Bu mövzuda hesabat 2019-cu il 1 iyul tarixinə qədər prezidentə təqdim edilməlidir.

Bundan əlavə, prezident hökumətə və Mərkəzi Banka 1 iyul 2019-cu il tarixinə “ipoteka tətilləri” haqqında qanun layihəsini hazırlamağa göstəriş verib.

 

Bütün xəbərlər