Azərbaycan və Gürcüstan prezidentləri təkbətək görüşdü

13:05 - 27.02.2019


27 fevral, Fineko/abc.az. Gürcüstan prezidenti Salome Zurabişvili Bakıya gəlib.

Prezident İlham Əliyev Salome Zurabişvilini qarşılamış, rəsmi qarşılanma mərasimi keçirilmişdir.

Rəsmi  qarşılanmadan sonra  Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Salome Zurabişvilinin təkbətək görüşü oldu.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyev ölkələrimizin hər sahədə uğurla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın hər gün dərinləşdiyini bildirib. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, enerji sahəsində əməkdaşlığın yaxşı nəticəsi var, gələcək əməkdaşlıq üçün konkret fikirlərimiz var.

Prezident Salome Zurabişvili, öz növbəsində, ilk regional səfərini qardaş ölkəyə etməkdən şad olduğunu bildirdi.

“Bizim münasibətlərimizin alternativi yoxdur və perspektiv əlaqələrimiz var. Bölgə və dünya üçün yeni perspektivlər üzümüzə açılır və buna görə də əlaqələrin dərinləşməsi vacibdir. Əminəm ki, yeni perspektivli təşəbbüsləri müzakirə edəcəyik”, - deyə prezident bildirib.

 

Bütün xəbərlər