Bakıda kommersiya obyektlərinin qiymətləri qalxacaq

15:09 - 23.11.2017


23 noyabr, Fineko/abc.az. Bakıda kommersiya obyektləri bazarında qiymətlər endi.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, biznes obyektlərinin qiymətləri sentyabr ayı ilə müqayisədə oktyabrda 4,88% ucuzlaşıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlər 19,01% aşağı düşüb.

“Kommersiya obyektlərin icarə qiymətləri sentyabr ayı ilə müqayisədə  oktyabr ayında 8,63% artıb. Amma ötən ilin eyni dövrü ilə müqayisədə icarə qiymətləri 15,38% aşağı düşüb”, - N.İbrahimov belə deyib.

Onun sözlərinə görə, yaxın zamanda kommersiya obyektlərinin icarəsinin bahalaşması gözlənilir ki, bu da  bu kimi obyektlərə insanların payız aylarında marağının artması ilə bağlıdır.

 

Bütün xəbərlər