Azərbaycan Mərkəzi Bankı 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

17:24 - 27.02.2019


27 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB)  qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, fevralın 27-də AMB 50100973S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 853,510,100.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%), orta ölçülmüş qiyməti 99.4388 AZN (7.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində  300 milyon manat  həcmində  qısamüddətli notlar yerləşdirilmişdir. 

Notların ödəmə tarixi: 27 mart  2019-cu il.

 

Bütün xəbərlər