330x110
 

Bu gündən etibarən Bakı Hava Limanı ərazisində yalnız London “kab”ları fəaliyyət göstərəcək

28.02.2019,12:51


28 fevral, Fineko/abc.az. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə yerli əhali və turistlər üçün xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər görür.

Nazirlikdən aldığımız məlumata əsasən, bu gündən etibarən Hava Limanı ərazisində yerli sakinlərə və turistlərə yalnız “Bakı Taksi Xidməti” MMC taksi fəaliyyəti göstərəcək.

“Sərnişinlərə xüsusi təlim keçmiş və xarici dillər bilən sürücülər xidmət göstərəcək”, - deyə məlumatda bildirilir.

Taksi xidməti 1848 nömrəsinə zəng vurmaqla sifariş ediləcək.