“Delta Telecom” Sumqayıt və Abşeron istifadəçilərini İnternetdən məhrum etdi

12:54 - 28.02.2019


28 fevral, Fineko/abc.az. Azərbaycanın milli rabitə operatoru “Delta Telecom” şirkəti Sumqayıt və Abşeron rayonunun istifadəçilərini İnternetsiz qoyub.

Sumqayıt və Abşeron sakinləri, “Delta Telecom”un fiber optik kabelinin zədələnməsinə görə İnternetdən istifadə edə bilmirlər.

İlkin məlumatlara görə, problemin səbəbi, şirkətin kabelinin keçdiyi avtomobil yolunda aparılan işlər zamanı zədələnmələr olub.

 

Bütün xəbərlər