Yanvarda Azərbaycana gələn əcnəbilər təxminən 90 milyon manat xərcləyiblər

16:51 - 1.03.2019


1 mart, Fineko/abc.az. Yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 88,3 milyon manat təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.
Qeyd edilir ki, fevralda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 5,6 milyon dollar olub.

Bütün xəbərlər