İlham Əliyev: Tətbiq olunan sosial paketin təşəbbüsləri təxminən 3 milyon vətəndaşı əhatə edəcək

17:40 - 1.03.2019


1 mart, Fineko/abc.az. Bu ilin ilk ayının nəticələri iqtisadi sahədə həyata keçirilən islahatlar artıq nəticələr verdiyini söyləmək üçün əsas verir.

Bunu, birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi bir qrup sənətkar və mədəniyyətlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib. Əminəm ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaqdır. Bilirsiniz, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə vermişdir. Qısa müddət ərzində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşür. 2017 iqtisadi sabitlik ili idi, keçən il iqtisadi artım başladı və bu il də iqtisadi artım müşahidə edilir”, - prezident belə deyib.

Onun sözlərinə görə, iqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir

“Fərman 800 min insanı əhatə edir və deyə bilərəm ki, bu Fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq”, - deyə prezident vurğulayıb və əlavə edib ki bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir.

 

Bütün xəbərlər