Mahaçqala-Dərbənd-Bakı yüksək sürətli sərnişin qatarı 2019-cu ildə istifadəyə veriləcək

16:48 - 4.03.2019


4 mart, Fineko/abc.az. Dağıstan hakimiyyəti 2019-cu ildə Mahaçqala - Dərbənd - Bakı marşrutu üzrə yüksək sürətli sərnişin xidmətini təşkil etməyə hazırlaşır.

Bu barədə, Dağıstan Nəqliyyat və Yol Təsərrüfatı Naziri Şiruxan Hacımuradov deyib.

“2019-ci ilə və yaxın gələcəyə, Mahaçqala vağzalının iri miqyaslı  rekonstruksiyası planlaşdırılır. Şəhərətrafı vaqon parkının və uzaq məsafə qatarlarının yenilənməsi, Dərbənd – Mahaçqala - Mineralnıye Vodı – Kislovodsk marşrutu ilə sərnişin daşımalarının təşkili, həmçinin,  Mahaçqala – Dərbənd – Bakı  marşrutu ilə yüksək sürətli sərnişin daşımaları, göndəriş məntəqəsində  gömrük nəzarətinin rəsmiləşdirilməsi daxil olmaqla, davam etdiriləcək”, - deyə nazir bildirib.

 

Bütün xəbərlər