Mikayıl Cabbarov vergi islahatları və nəticələri barədə diplomatlara məlumat verib

12:47 - 5.03.2019


5 mart, Fineko/abc.az. Azərbaycan Vergilər naziri Prezident Administrasiyasının dəstəyi ilə akkreditə olunmuş səfirləri və ölkədəki diplomatik korpusun nümayəndələrini vergi islahatları barədə məlumatlandırdı.

Azərbaycan Vergilər naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkə iqtisadiyyatının qarşısında duran əsas iqtisadi vəzifələr ixracyönümlü qeyri-neft sənayesinin yaradılması, xammala bağlı olmayan inkişaf mexanizmlərinin qurulması,biznes mühitinin və sahibkarlığın inkişafının stimullaşdırılmasıdır.

«2018-ci ildə dövlət-biznes münasibətlərində yeni yanaşmaların sərgilənib,

“kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması üçün yeni iqtisadi mexanizmlərin tətbiq

edilib. Vergi islahatlarının əsas prinsipləri sırasında proqnozlaşdırmanın mümkünlüyünü, şəffaflıq və bərabərliyə əsaslanmanısı nəticədə islahatların biznesin könüllü əməletmə səviyyəsinin və fiskal gəlirlərin artmasına müsbət təsir göstərmişdir.  İslahatların məqsədi sahibkarlığın və investisiya mühitinin cəlbediciliyinin artırılması və biznesin aparılması üçün şəraitin yaxşılaşdırılmasıdır”, - nazir belə deyib.

Görüş zamanı nazir diplomatik korpus nümayəndələrinin sualları cavablandırılıb.

 

Bütün xəbərlər