Azərbaycanda bazar günü iş günü elan edilə bilər

15:59 - 5.03.2019


5 mart, Fineko/abc.az. Bu gün Parlamentdə bazar gününü iş gününə çevirmək təklifi irəli sürülüb.

Millət vəkili Fazil Mustafa bu günki plenar iclasda bəyan edib ki, insanlar daha çox həftə sonları öz şəxsi işləri ilə məşğul olurlar.

“Məsələn, avtomobil alqı-satqısı  çox vaxt bazar günləri olur. İş vaxtında insanlar bununla məşğul ola bilmirlər. Buna görə də yaxşı olardı ki, əhaliyə bəzi vacib xidmətlər bazar günləri göstərilsin. Belə işçilər üçün bazar günü iş günü, həftə içi isə bir gün istirahət günü olsun”, - deyə millət vəkili təklif edib.

 

Bütün xəbərlər