8 Martda səyahət üçün ən yaxşı şəhərlərin reytinqi tərtib edilib

10:08 - 6.03.2019


6 mart, Fineko/abc.az. “TurStat” analitik agentliyi martın 8-i və istirahət günlərində səyahət etmək üçünən  populyar Rusiya və xarici şəhərlərin adlarını açıqlayıb.

Reytinq turistlərin onlayn sorğusuna əsasən tərtib edilib.

TurStat” xəbər verir ki, martın 8-də səyahət üçün ən yaxşı şəhərlərin onluğuna Sankt-Peterburq, Paris, Soçi, Roma, Astana, Moskva, Yaroslavl, Minsk, Praqa və Yalta daxil olub.

“8 mart istirahət günündə ən yaxşı şəhər olaraq Sankt-Peterburqa 22% səs, Fransa paytaxtı Parisə 18%, Soçi şəhərinə 10%, İtaliya paytaxtı Roma üçün 9%, Qazaxıstan paytaxtı Astana üçün 8%, Rusiyanın paytaxtı Moskva və Rusiyanın "Qızıl üzüyü"nün paytaxtı Yaroslavl - hər biri üçün 6%, Belarus paytaxtı Minsk və Çexiyanın paytaxtı Praqa üçün 5%, Yalta şəhərində isə 4% verilib”, - deyə məlumatda qeyd edilir.

8 mart bayramına ən yaxşı şəhərlərin reytinqinə Bakı, Berlin, Yerevan, Kazan və Tallin də daxil olub və bu şəhərlər üçün 1-2% səs verilib.

8 Mart Beynəlxalq Qadınlar Günü,  Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qeyd olunan, Rusiya, Belarus, Azərbaycan və Ermənistan daxil olmaqla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində qeyd edilən bayramdır.

 

 

Bütün xəbərlər