Azərbaycan nefti ucuzlaşıb

10:11 - 6.03.2019


6 mart, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 0,19 dollar (0,28%) azalıb.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,16 dollar təşkil edir.

Martın 5-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel fyuçersi 0,03 dollar (0,05%) azalaraq bir barelə 56,56 dollar təşkil etmişdir. 

Çərşənbə axşamı Londonun “ICE Futures” birjasında keçirilən ticarətin sessiyası nəticəsində “Brent”in may fyuçersi 0,19 dollar (0,29%) artaraq bir barelə 65,86 dollar təşkil etmişdir. 

WTI markalı neftin aprel ayına olan fyuçers qiymətləri 9:15-də 0,45 dollar (0,80%) enərək bir barelə 56,11 dollar təşkil etmişdir.

Brent markalı neftin may ayına olan fyuçers qiymətləri ICE Futures London birjasında 9:15-də 0,50 dollar (0,76%) azalaraq 65,36 dollar / barel təşkil etmişdir.

 

Bütün xəbərlər