330x110
 

Bakı Ali Neft Məktəbi və Asan Kadr 2-ci “Karyera sərgisi” keçirəcək

06.03.2019,11:28


6 mart, Fineko/abc.az. Bakı Ali Neft Məktəbi və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi Coca-cola şirkətinin sponsurluğu ilə gənclərin məşğulluğunu artırmaq üçün 2-ci “Karyera sərgisi”ni keçirəcək.

Karyera sərgisi bütün vətəndaşlar üçün açıq elan olacaq. Sərgi vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edəcək, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradacaq.

Sərgi 2019-cu il 12 mart tarixində Bakı Ali Neft Məktəbinin kampusunda saat 10:00-13:00 kimi davam edəcək, sərgidə müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri iştirak edəcək. Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək olmaq və müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.

Qeyd edək ki,  BANM və ASAN Könüllülük Məktəbi gənc mütəxəssislərin işlə təmin olunması məsələrinə hər zaman xüsusi diqqət yetirən müəssisələr sırasındadır. Xatırladaq ki, BANM-ın ötən ilki məzunlarının 100%-i artıq işlə təmin olunub, ASAN Könüllülük Məktəbindən isə bu günə kimi 1100-ə yaxın ASAN kadr işlə təmin edilib.

2018-ci ildə BANM və “ASAN kadr” karyera mərkəzinin birgə keçirdiyi 1-ci “Karyera sərgisi”ndə isə  53 müəssisə təmsil olunub və 1500-dən çox iştirakçı olub.