AMB 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

16:58 - 6.03.2019


6 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, martın 6-da AMB 50101073S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 673,953,000.00  AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiymət  99,4388  AZN (7.26%) səviyyəsində müəyyən edilmişdir. Hərrac nəticəsində  250 milyon manat  həcmində  qısamüddətli notlar yerləşdirilmişdir. 

Notların ödəmə tarixi: 3 aprel  2019-cu il.

 

Bütün xəbərlər