Bloomberg: dolların qiyməti yenə də 1,70 manatı ötdü

10:43 - 24.11.2017


24 noyabr, Fineko/abc.az. Birja bazarında dolların qiyməti yenidən 1,70 manatı keçdi.

Bu gün “Bloomberg” terminalında Banklararası ticarətdə dollar 0,1% bahalaşaraq 1,7013 manata çatdı. Dünən Banklararası ticarətin bağlanması üzrə dollar 1,6995 manatdan 1,7012 manata qədər qalxıb.

Azərbaycan Mərkəzi Bankın məlumatına əsasən, dolların rəsmi məzənnəsi bu günə 1,7001 manat təşkil edir, 23 noyabr tarixində isə bu göstərici 1,7002 manat təşkil etmişdir.

 

 

Bütün xəbərlər