330x110
 

Ləğvolunma prosedurunda vergi öhdəlikləri

07.03.2019,14:00


7 mart, Fineko/abc.az. Vergi Məcəlləsinin 79-cu maddəsinə görə, ləğv edilən müəssisənin (təşkilatın) vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin əmlakının satışından əldə olunmuş gəlir hesabına ləğvetmə komissiyası yerinə yetirir.

Ləğvetmə komissiyası müəssisənin digər struktur bölmələrinin və daimi nümayəndəliyinin vergi öhdəliklərini də yerinə yetirməlidir. Ləğv edilən müəssisənin filialının və ya digər ayrıca bölməsinin öhdəliklərini bilavasitə həmin ayrıca bölmənin daxil olduğu müəssisə, bu müəssisə ləğv edildikdə isə həmin müəssisənin ləğvetmə komissiyası yerinə yetirir.

Ləğv edilən müəssisənin pul vəsaiti, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü əmlakın satışından əldə olunmuş vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün kifayət etmədiyi halda, vergi öhdəlikləri üzrə qalan borc qanuna uyğun olaraq müəssisənin öhdəlikləri üçün onun iştirakçıları (təsisçiləri) birgə məsuliyyət daşıyırlarsa, həmin iştirakçılar tərəfindən ödənilməlidir. Müəssisənin iflas prosesinə məruz qaldığı hallarda isə vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir.