Birinci sinfə şagird qəbuluna başlanılır

14:59 - 7.03.2019


7 mart, Fineko/abc.az. Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək.

Təhsil Nazirliyindən bildirilib ki, nazirin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.

Martın 11-dən 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə şagird qəbulu sistemində avtomatik elektron sorğu yaradılacaq.

Ümumi təhsil məktəblərinin birinci siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul qaydası elektron formada həyata keçiriləcək.

 

Bütün xəbərlər