Bu günə olan Ərbil-Bakı-Ərbil aviareysi ləğv edilib

15:30 - 7.03.2019


7 mart, Fineko/abc.az. Martın 7-də həyata keçirilməli olan Ərbil-Bakı-Ərbil aviareysi ləğv edilib. “Iraqi Airways” aviaşirkətinin yerli vaxtla saat 13:00-da “IA 425” saylı Ərbildən Bakıya uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən aviaşirkətin yerli vaxtla saat 14:00-da Bakıdan Ərbilə “IA 426” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing B737-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Ərbil-Bakı-Ərbil aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Bütün xəbərlər