Paytaxtın 5 ərazisində yerüstü və yeraltı piyada keçidləri tikilir

16:25 - 7.03.2019


7 mart, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakının bəzi ərazilərində yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır. Hazırda Bakının şəhərində 5 ərazidə piyada keçidləri tikilir. Bunlar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində

2. Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində

3. Qala-Pirallahı avtomobil yolunun 3,6-cı kilometrində

4. Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi.

5. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrində (Hökməli dairəsinin yanı).

Bundan başqa, daha 5 yerdə - Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində, Xətai rayonu, Neapol küçəsi (parkın yanı), Zığ yolunda (Zığ dairəsinin yaxınlığı), Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27,7-ci kilometrində (Ceyranbatan qəsəbəsi) və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 39-cu kilometrində (Qaradağ rayonu) yeni piyada keçidlərinin inşası nəzərdə tutulur.

Agentlik tərəfindən 2016-2018-ci illərdə 3 yeraltı, 19 yerüstü piyada keçidi inşa olunub.

Bütün xəbərlər