Vergilər Nazirliyi: Fevralda 3896 təsərrüfat subyekti qeydiyyatdan keçib

16:57 - 7.03.2019


7 mart, Fineko/abc.az. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki,  cari ilin fevral ayında respublika üzrə qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 3896 olub, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 51,6 faiz çoxdur.

Həmin dövrdə qeydiyyatdan keçmiş nəzarət kassa aparatlarının (NKA) sayı 2493, POS-terminalların sayı isə 908 olub ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 91,9 faiz və 16,7 faiz çoxdur.

Bütün xəbərlər