12:30 - 24.11.2017
24 noyabr, Fineko/abc.az. Azərbaycanın Energetika Nazirliyi bərpa olunan enerji mənbələrinin paylanması sahəsində Belarus təcrübəsini öyrənir.
Nazirliyin məlumatında deyildiyi kimi, idarənin əməkdaşları “EU4Energy” proqramı çərçivəsində “Müxtəlif Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası, Təqdimat və İnkişaf Siyasəti Forumu”nda iştirak ediblər.
“Strateji Yol Xəritəsində, ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə qazlaşdırılmasının həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı, forum çərçivəsində Belarus təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Energetika Nazirliyinin nümayəndələri istehlakçıları təbii və mayeləşdirilmiş qazla təmin edən "Minskoblgaz” Unitar Müəssisəsinə baş çəkiblər. Həmçinin, Azərbaycan mütəxəssisləri “Minsk Təmir-İstehsalat İdarəsi, “Maye Qazın Təchizatı Sahəsi”, “Qaz Tənzimləyici Məntəqələri və Əhaliyə Xidmət Mərkəzi”, “Rudenskiy” Qaz Doldurma Stansiyası”nın işi ilə tanış olublar”, - məlumatda belə deyilir.
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024