12:55 - 11.03.2019
11 mart, Fineko/abc.az. Bu gün Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə "Kibertəhlükəsizlik Həftəsi" işə başlayıb.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açılışda bildirib ki, kibertəhlükəsizlik məsələsi dövlət və hökumət üçün son islahatların həyata keçirilməsinin fonunda prioritet məsələ olaraq qalır.
“Ötən ilin sonunda Nazirlər Kabinetinin iclasında kibertəhlükəsizlik strategiyası müzakirə edilmiş və qəbul edilmişdir. Hazırda razılaşdırma prosesi aparılır. Biz bu strategiyanın yaxın gələcəkdə qəbul ediləcəyinə inanırıq və kibertəhlükəsizlik tədbirlərinin dərinləşməsinə, xüsusilə bu sahədə fəaliyyətin əlaqələndirilməsini təmin etməyə və müvafiq tədbirlər həyata keçirməyə imkan verəcəyinə inanırıq”, - deyə nazir müavini bildirib.
Nazir müavini Kibertəhlükəsizlik Həftəsinin əhəmiyyətindən danışıb və gələcəkdə bu cür tədbirlərin mütəmadi olaraq keçiriləcəyini bildirmişdir.
Açılışda çıxış edən "Microsof Azerbaijan" şirkətinin rəhbəri Sərxan Həşimov son illərdə Azərbaycanda kiber hücumların sayının artdığını bildirib. Bu, ölkənin hakerlər üçün cəlbedici olduğunu göstərir.
“Ümid edirik ki, özəl və dövlət sektorunun birgə fəaliyyətinin nəticəsində, daha mükəmməl qanunvericilik bazası yaradılacaq, haker hücumlarına mane olan daha effektiv birgə tədbirlər həyata keçiriləcəkdir», - deyə Sərxan Həşimov bildirib.
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024