330x110
 

Azərbaycan nefti bahalaşdı

12.03.2019,10:36


12 mart, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 1,66 dollar (2,52%) artıb.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,52 dollar təşkil edir.

Martın 11-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel fyuçersi 0,72 dollar (1,28%) artaraq bir barelə 56,79 dollar təşkil etmişdir. 

Martın 11-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin sessiyası nəticəsində “Brent”in may fyuçersi 0,84 dollar (1,28%) artaraq bir barelə 66,58 dollar təşkil etmişdir. 

WTI markalı neftin aprel ayına olan fyuçers qiymətləri Nyu-York Əmtəə Birjasında 9:15-də 0,19 dollar (0,33%) artaraq bir barelə 56,98 dollar təşkil etmişdir.

Brent markalı neftin may ayına olan fyuçers qiymətləri ICE Futures London birjasında 9:15-də 0,12 dollar (0,18%) bahalaşaraq 66,70 dollar / barel təşkil etmişdir.