Bakının bəzi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

11:16 - 12.03.2019


12 mart, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, aparılan təmir-tikinti işləri ilə əlaqədar martın 12-dən 13-nə keçən gecədən etibarən 14-ü axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Binəqədi şosesi və Azadlıq prospekti ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq Binəqədi-Biləcəri avtomobil yoluna yönəldiləcək.

Ordubadi küçəsinə digər istiqamətdən məhdudlaşma Yəhya Hüseynov küçəsi ilə kəsişmədə yerləşən dairədən tətbiq ediləcək. Həmin ərazidə yaşayan vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillər alternativ olaraq Asəf Zeynallı küçəsi vasitəsilə Biləcəri-Binəqədi yoluna yönəldiləcək.

Bütün xəbərlər