Bakıda kirayə mənzillərin qiymətləri düşdü

12:28 - 24.11.2017


24 noyabr, Fineko/abc.az. Oktyabr ayında Bakıda kirayə mənzil bazarında ucuzlaşma qeyd edilib.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib ki, sentyabr ayı ilə müqayisədə oktyabr ayında Bakıda kirayə mənzillər 2,83%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 10,85% ucuzlaşıb.

“Kirayə evlərin qiymətlərində avqust-sentyabr aylarında sıçrayışlı artım olmuşdur, oktyabr ayında isə bazar sabitləşdi”, - deyə N.İbrahimov bildirdi.

 

Bütün xəbərlər