Maliyyə Nazirliyi 25 milyon manat həcmində DQİ yerləşdirib

09:38 - 13.03.2019


13 mart, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) satışını həyata keçirib.

BFB-in məlumatına əsasən, martın 12-də AZ0104003741 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli DQİ yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

14 investor tərəfindən qiyməti intervalı 92.9728 AZN (7.6208%) və 93.9124  AZN (6.5357%) olan 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3873  AZN (7.1394%), orta ölçülmüş qiyməti 93.4450 AZN (7.0727%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81,202,600.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.

Nəticədə 25 milyon manat həcmində DQİ yerləşdirilmişdir.

DOİ-in ödəmə tarixi: 10 mart 2020-ci il.

 

Bütün xəbərlər