Neftin qiymətləri yüksəlir

09:50 - 13.03.2019


13 mart, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 0,42 dollar (0,62%) artıb.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,94 dollar təşkil edir.

Martın 12-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel fyuçersi 0,08 dollar (0,14%) artaraq bir barelə 56,87 dollar təşkil etmişdir. 

Səhər “WTI” markalı neftin aprel fyuçersi 0,29 dollar (0,51%) artaraq 57,16 dollar / barelə təşkil etmişdir.

Çərşənbə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in may fyuçersi 0,09 dollar (0,14%) artaraq bir barelə 66,67 dollar təşkil etmişdir. 

“Brent” markalı neftin may ayına olan fyuçers qiymətləri 9:15-də 0,21 dollar (0,31%) artaraq bir barelə 66,88 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər