2018-ci ildə “AccessBank”ın kredit portfelinin 98%-i manat kreditləri hesabına formalaşdırılıb

11:56 - 14.03.2019


14 mart, Fineko/abc.az. 2018-ci ildə “AccessBank” 383 milyon manat həcmində yeni kreditlər verib.

Bankın İdarə Heyətinin sədri Anar Həsənov mətbuat konfransında bildirib ki, onların 98 faizi milli valyutada verilib.

“2018-ci ildə verilmiş kreditlərin həcmi 2017-ci ildə verilən kreditlərdən 67% çoxdur”, - deyə A.Həsənov bildirib.

Onun sözlərinə görə, milli valyutada kreditlər illik 12%, xarici valyutada 3% dərəcə ilə verilir.

 

Bütün xəbərlər